Son günlər Zaporojye istiqamətində Rusiya Silahlı Qüvvələrinin 71-ci alayının xeyli əsgəri könüllü olaraq ukraynalılara təslim olublar.
Qeyd edək ki, SİA bu barədə “Qərb” Əməliyyat Komandanlığına istinadən xəbər verir.
Təslim olanların dediyinə görə, buna səbəb rus komandanlığının qeyri-insani münasibəti və rus bölmələrində ağır itkilər verməsidir.
Təslim olanlar qeyd ediblər ki, səfərbər olunanlar və bu yaxınlarda müqavilə imzalayanlar arasından təlim keçməmiş döyüşçülərdən yaradılan dəstələr hər gün bir daha geri qayıtmayacaqları hücuma göndərilir.
Yola çıxmazdan əvvəl Rusiya Silahlı Qüvvələrinin 71-ci alayının komandirləri hərbçiləri əmin edirlər ki, onlar döyüş təmas xəttindən uzaqda olacaqlar və tez bir zamanda digər hərbçilər ilə əvəz olunacaqlar.
Buna görə də atəş altında yeməksiz və sursatsız qalan qruplar təslim olmaq qərarına gəlirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB