Rusiya Akademik Gənclər Teatrı Boris Akuninin əsərləri əsasında hazırlanmış bütün tamaşaları repertuarından çıxarıb.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə teatrın mətbuat attaşesinə istinadən xəbər verir.
Maraqlıdır ki, SHOT teleqram kanalı tamaşaların ləğvini “ictimai fəalların şikayətləri” ilə əlaqələndirir. İndi Rusiya Akademik Gənclər Teatrı "Erast Fandorin", "Yin and Yang. White version" və "Yin and Yang. Black version" tamaşalarını nümayiş etdirməyəcək.
Çərşənbə axşamı, dekabrın 26-da teatrın saytında repertuardakı dəyişikliklərlə bağlı xəbər yayıldı: yanvarın 3-də göstərilməli olan "İn və Yanq. Qara versiya" tamaşası "Çexov-QALA" tamaşası ilə, “Erast Fandorin” pyesi isə “Algernon üçün çiçəklər” tamaşası ilə əvəz olunub.
Dekabrın 18-də məlum oldu ki, yazıçıya qarşı iki maddə üzrə cinayət işi açılıb: Rusiya ordusu haqqında “saxtalar” və terrora ictimai bəraət qazandırmaq.
Və elə həmin gün Rosfinmonitorinq Akunini terrorçuların və ekstremistlərin reyestrinə əlavə edib.
Bundan əvvəl Rusiyanın ən böyük nəşriyyatlarından biri olan AST, yazıçılar Boris Akunin və Dmitri Bıkovun kitablarının yayımını “dayandırdığını” açıqlamışdı. Nəşriyyatın baş direktoru Pavel Qrişkovun adından verilən bəyanatda deyilir ki, bəzi “yazıçıların ictimai bəyanatları” “geniş ictimai rezonansa səbəb olub” və “hüquqi qiymət tələb edir”. Bundan başqa, bir sıra kitab mağazalarında və pərakəndə satış şəbəkələrində Akunin və Bıkovun kitabları satışdan çıxarılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB