Ermənistan Xarici İşlər Nazirliyi Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya ilə münasibətlərlə bağlı mövqeyini açıqlayıb.
SİA xəbər verir ki, bu barədə TASS Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyana istinadən məlumat yayıb.
Erməni nazirin sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ona görə tənqid edir ki, o hesab edir ki, bu qurum onun sərhədlərinin pozulmasından sonra respublikaya kömək etməyib.
Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi Avrasiya İqtisadi İttifaqını effektiv təşkilat hesab edir.
...Siz elə epizod tapa bilməzsiniz ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı kontekstində Rusiyanı tənqid etsin.
Erməni nazir deyib bunu.
Qeyd edək ki, gələn il yanvarın 1-dən Ermənistan Avrasiya İqtisadi Birliyinin sədri olacaq. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan ittifaq ölkələrinin dəstəyinə ümid edir.
Bundan əvvəl Paşinyan Rusiyanı Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına dair razılaşmaları yerinə yetirməməkdə ittiham edib. Bu bəyanatlar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın İrəvanın Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarını rədd etmək cəhdləri ilə bağlı sözlərinə cavab olaraq verilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB