Rusiya müsəlmanlarına kriptovalyutadan istifadəyə icazə verilib

Rusiya müsəlmanlarına kriptovalyutadan istifadəyə icazə verilib

Rusiya müsəlmanlarına bəzi məhdudiyyətlərlə kriptovalyutadan istifadə etməyə icazə verilib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini, Moskva müftisi İldar Alyautdinov deyib.

2023-cü ilin yekun iclasında Rusiya, Almaniya, Türkiyə və bir sıra ərəb ölkələrindən ilahiyyatçılar, İslam hüququ üzrə ekspertlər, alimlər İslam hüququ baxımından bankçılıq, ailə hüququ, blokçeyn eləcə də kriptovalyutalardan istifadəni nəzərdən keçiriblər.

...Üləmalar Şurası insanların həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olan internet texnologiyalarının inkişafına dəstək verir. İclasda qəbul edilən fətvada bir sıra tələblərə uyğun olaraq kriptovalyuta ilə ticarətin və investisiyanın icazəli olması müzakirə edilir. Məsələn, bir kriptovalyutanın əmtəə, valyuta və ya maliyyə aktivi kimi təsnif edilə biləcəyi zaman...

Əgər fətvada verilən tələblərdən ən azı biri yerinə yetirilmirsə, o zaman Şura kriptovalyuta ilə hər hansı əməliyyatdan çəkinməyi tövsiyə edir.

Alyautdinov bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə