Almaniya Ukrayna üçün 120 “Marder” piyada döyüş maşını ayırıb.
SİA bu barədə Almaniya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
...Almaniya Ukraynanı Rusiyaya qarşı müdafiə mübarizəsində dəstəkləyir. Avropanın ən böyük donoru və ABŞ-dan sonra dünyada ikinci ən böyük donor kimi maddi ianələrimizə digər şeylərlə yanaşı, ən son hava hücumundan müdafiə sistemləri, zirehli dəstək maşınları və nəqliyyat vasitələri, döyüş eləcə də zirehli personal daşıyıcıları, artilleriya sistemləri və sursatlar daxildir.
bəyanatda deyilir.
Təchizat həm Bundesver anbarlarından, həm də birbaşa sənayedən gəlir.
Bundan əlavə, 10 mindən çox ukraynalı hərbçi Almaniyada təlim keçib. Müdafiə Nazirliyi qeyd edib ki, Ukraynaya ilkin olaraq 80 ədəd Marder 1 A3 piyada döyüş maşını ayrılıb.
Daha 40 Marder zirehli transportyoru sənaye ehtiyatlarından gəlib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB