Bu dəfə də..."çırt bu yandakı gözünə"

...Hər şey çox aydındır - artsaxın ləğvi haqqında fərmanı ləğv etmək lazımdır. Bunu erməni Artak deyir, mən isə...
Bu dəfə də..."çırt bu yandakı gözünə"

Hər şey çox aydındır, müzakirəyə belə ehtiyac yoxdur, sadəcə olaraq artsaxın ləğvi haqqında fərmanı ləğv etmək lazımdır.

...Və guya bununla hər şey yoluna düşəcək?

Deməli bunu “Armenian News” – NEWS.am saytının müxbiri ilə söhbətində artsaxın keçmiş “dövlət naziri” Artak Beqlaryan deyib.

O hətta bu mövzunun niyə belə çətinləşdiyini başa düşmədiyini də bildirib.

Beqlaryana görə, söhbət sadəcə ləğv mexanizmlərindən gedir, ...Ya “prezident”in yeni fərmanı ilə, ya da Ali Məhkəmə vasitəsilə. Təbii ki, bu, “prezident”in yeni fərmanı ilə, çox tez baş verməlidir.

Özü də belə məsələləri gecikdirmək olmaz. Ona görə də, Artak bunun yanvarın 1-dən əvvəl baş verməsini daha məqsədəuyğun hesab edir.

Onun sözlərinə görə, burada heç bir hüquqi problem yoxdur, ancaq qavrayış və siyasi mesaj məsələsi var, xüsusən də beynəlxalq ictimaiyyətə.

...Biz siyasi iradə nümayiş etdirməliyik və aydın mesaj verməliyik ki, yanvarın 1-dən etibarən hərəkətə davam edəcəyik. Ləğv edilməsə belə, heç nə dəyişməyəcək, artsaxın hökumət orqanları fəaliyyətini davam etdirir.

Bunu da keçmiş “dövlət naziri” Artak deyib.

Bunu isə mən deyirəm,..çırt bu yandakı gözünə... Deyirəm, birdən kor gözünə düşər aaaa...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə