Putin çoxuşaqlı ailələr üçün vahid federal statusun yaradılması barədə göstəriş verib
Tapşırıq Putindəndir...

Rusiya prezidenti Vladimir Putin çoxuşaqlı ailələr üçün vahid federal statusun yaradılmasını və belə ailələr üçün bütün ölkə üzrə vahid müavinət siyahısının təsdiq edilməsini tapşırıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında Putin “İnsanlar bunu tələb edir, bu tələb ədalətli tələbdir” deyərək “belə bir qərar tez verilməlidir” -deyə əlavə edib.

Bundan əlavə, Rusiya lideri hökumətə və regionlara “analıq və uşaqlığın qorunması, ailə dəyərlərinin möhkəmləndirilməsi və çoxuşaqlı ailələrin ənənələrinin dirçəldilməsi”nə yönəlmiş tədbirlər hazırlamağı tapşırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə