Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə görüşmək planı yoxdur, lakin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlara hazırlaşır.
SİA-nın əldə etdiyi məlumata görə, ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında jurnalistlər tərəfindən Orbana digər liderlərlə təmaslar barədə suallar verilib.
Rusiya prezidenti ilə yeni görüşün perspektivlərinə gəlincə, Macarıstanın baş naziri deyib ki, “heç bir tərəfin yaxın gələcəkdə belə bir görüş keçirmək niyyəti yoxdur”.
Xatırladaq ki, Orban və Putin oktyabrın 17-də Pekində “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində görüşüblər.
Zelenskiyə gəlincə, son iki ildə Orbanın onunla bir dənə də olsun tam tərkibdə görüşü olmayıb və Macarıstanın baş naziri bu müddət ərzində digər Avropa İttifaqı ölkələrinin liderlərindən fərqli olaraq heç vaxt Kiyevə səfər etməyib. Onlar bir dəfə Ukrayna prezidentinin qonaq kimi gəldiyi Brüsseldə keçirilən Avropa İttifaqı sammitində bir neçə cümlə mübadiləsi aparıblar, dekabrın 10-da isə Buenos-Ayresdə Argentina prezidenti Xavyer Maylinin andiçmə mərasimində qısaca danışıblar.
Orada Orban Kiyevə dəvət alıb.
Mətbuat konfransında o, bu dəvəti qəbul edib-etməməsi ilə bağlı suala müsbət cavab verib, lakin əlavə edib ki, Zelenski ilə görüş hazırlanmalıdır. O, aydınlaşdırıb ki, Macarıstan və Ukraynanın xarici işlər nazirlərinə bu vəzifə həvalə edilib, lakin belə bir görüşün nə vaxt keçirilə biləcəyi hələlik müəyyən edilməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB