Moldova 2024-cü ilin sonuna qədər MDB-dən çıxmaq istəyir

Moldova 2024-cü ilin sonuna qədər MDB-dən çıxmaq istəyir

Moldova ilin sonuna kimi MDB çərçivəsində olan bütün sazişlərdən çıxmaq niyyətindədir.

SİA Newsmaker-ə istinadən xəbər verir ki, bu barədə Fəaliyyət və Həmrəylik partiyasının deputatı, parlamentin xarici siyasət komitəsinin rəhbəri Doina German yerli televiziyaya müsahibəsində danışıb.

...Demək olar ki, son mərhələdəyik. 2024-cü ilin sonuna qədər hər şeyi başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Bu, bəzi kiçik gecikmələrin olmayacağı demək deyil, lakin əksər hallarda nazirliyin bütün fərdi qiymətləndirmələri göstərir ki, biz son mərhələdəyik. İndi biz MDB çərçivəsində imzalanmış müqavilələrə texniki xitam veririk.

Bunu deputat Doina German bildirib.

Amma maraqlıdır ki, o, Moldovanın blokdan çıxması ilə bağlı ayrıca sənəd imzalayacağını və ya bütün razılaşmalardan çıxdıqdan sonra bu prosesin avtomatik başa çatacağını söyləməkdə çətinlik çəkib.

Deputat hesab edir ki, “...bu proses mütləq hansısa bəyanatla və ya geri çəkilmə ilə bağlı yekun mövqenin ifadəsi ilə bitməli deyil”.

Xatırladaq ki, iyulda Moldova parlamenti MDB Parlamentlərarası Assambleyası haqqında Konvensiyanın denonsasiyası layihəsini ikinci oxunuşda təsdiqləyib.

Spiker İqor Qrosunun sözlərinə görə, “MDB parlamentin xarici siyasət komitəsinin siyasəti, məqsədləri və qərarları artıq Moldovanın məqsəd və siyasətlərinə uyğun gəlmir”.

Ona görə də, ilin əvvəlində parlament təşkilatın tədbirlərində iştirak etməmək qərarına gəlib.

Onu da xatırladaq ki, noyabrda Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko fevralın 8-dən Moldovanın MDB Parlamentlərarası Assambleyasının üzvlüyünü dayandıracağını açıqlamışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə