...Ruslar Ukrayna bölmələrini Dnepr çayının sol sahilindən çıxarmaq niyyətindən əl çəkməyiblər. Onlar bu gün elə bu məqsədlə 29 hücum əməliyyatı keçiriblər.
Amma...hələ ki, bir şey alınmayıb və əksinə Ukrayna saytlarının yazdığına görə, layiqli cavab alan işğalçılar xeyli itki də veriblər.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da “Bizim bölmələrimiz müdafiəni əzmlə saxlayır və sonradan düşmənə atəş zərbələri endirirlər”-deyə bəyan edib.
Bununla yanaşı, Baş Qərargah, Ukraynanın şərq və cənubunda əməliyyat vəziyyətinin ağır olaraq qaldığını və 24 saat ərzində 89 hərbi toqquşmanın baş verdiyini bildirir.
Avdeevka istiqamətində ukraynalı müdafiəçilər düşmənin 13, Donetsk vilayətinin Severnı, Pervomayski və Nevelskoye rayonlarında isə daha 18 hücumunu dəf ediblər.
Bundan başqa rusların Kupyansk istiqamətində 16, Liman istiqamətində isə 12 hücumu dəf edilib.
Baş Qərargahın məlumatına görə, Baxmut istiqamətində Müdafiə Qüvvələri Donetsk vilayətində Boqdanovka, Kleşçievka və Andreevka yaxınlığında düşmənin 6 hücumunu dəf ediblər.
Maryinski istiqamətində müdafiə qüvvələri Donetsk vilayətinin Marinka, Pobeda və Novomixailovka ərazilərində rusların qarşısını almaqda davam edir. Belə ki, burada rus aviasiyanın 9 hücumu uğursuzluqla sonunclanıb.
Zaporojye istiqamətində müdafiə qüvvələri İvovoyenin qərbində və Zaporojye vilayətinin Rabotinoye şəhərinin cənubunda dörd hücumu dəf edib, burada düşmən bölmələrimizi işğal olunmuş xətlərdən sıxışdırıb çıxarmağa cəhd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB