HƏMAS üzvündən içərisində bir milyon dollar olan çamadan tapılıb

HƏMAS üzvündən içərisində bir milyon dollar olan çamadan tapılıb

İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS üzvündən içərisində 1,36 milyon dollar nağd pul olan çamadanlar tapıb. SİA xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

“Cəbaliyadakı əməliyyatlar zamanı SAXAL əsgərləri HƏMAS-ın yüksəkrütbəli terrorçusunun evində terror fəaliyyəti üçün nəzərdə tutulmuş 5 milyon şekel (1,3 milyon ABŞ dolları / 2,3 milyon manat) dəyərində pul aşkarlayıblar”, - deyə məlumatda vurğulanıb.

İsrail ordusunun rəsmiləri, həmçinin qeyd ediblər ki, pullar çoxlu silahla birlikdə çamadanlarda tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə