ABŞ dekabrda Ukraynaya hərbi yardım paketi göndərəcəyini açıqlayıb
ABŞ dekabrda Kiyevə daha bir hərbi yardım paketi göndərəcək. SİA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə söyləyib.
“Biz hələ də bu ayın sonunda Ukraynaya əlavə yardım paketi çatdırmağı planlaşdırırıq”, - o deyib. Kirbinin sözlərinə görə, bundan sonra ABŞ Kiyevə yardım göstərmək imkanlarını tükənəcək, ona görə də Ukraynaya gələcək dəstək ABŞ Konqresinin təsdiqini tələb edəcək. “Bizim Konqresin gecikmədən hərəkətə keçməsinə ehtiyacımız var”, - deyə Ağ Ev sözçüsü əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB