Böyük gəmiçilik şirkətləri Yəməndən atılan mərmilərin artması səbəbindən əvvəllər Qırmızı dənizdən keçən yük gəmilərinin marşrutlarını dəyişirlər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bazar ertəsi daha iki gəmi dəniz pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb: Norveç tankeri “Swan Atlantic” və Panama bayrağı altında üzən “MSC Clara” konteyner gəmisi.
Hücumlara görə məsuliyyəti Yəmən husilərinin “Ənsar Allah” radikal islamçı qruplaşması öz üzərinə götürüb. Qrupun sözçüsü Yehia Sariya bildirib ki, gəmilər “Yəmən dəniz qüvvələrinə” rabitə ilə cavab verməyib.
Dünyanın ən böyük neft emalı şirkətlərindən biri olan “British Petroleum”, atəşlərin baş verdiyi Bab əl-Məndeb boğazından tankerlərlə neft nəqlini dayandırdığını bildirib. Konteyner daşımaları sahəsində liderlərdən biri olan “Evergreen” də eyni addımı atıb.
Analitiklərin fikrincə, bu, neft və neft məhsullarının digər marşrutlarla daşınma qiymətlərinin bahalaşması, eləcə də ərzaq və istehlak mallarının tədarükündə fasilələr olması səbəbindən onların bahalaşmasına səbəb ola bilər. Marşrut dünya üzrə bütün dəniz yük daşımalarının 15 faizinə cavabdehdir. Atlantik və Aralıq dənizindən gələn yük gəmiləri Misirdə yerləşən Süveyş kanalı ilə Qırmızı dənizə, oradan isə Bab əl-Məndəb boğazından keçərək Hind okeanına keçərək Asiya, Afrika və Avstraliya ölkələrinə keçir.
Avropa və Şimali Amerikadan gələn gəmilər üçün bu marşruta alternativ Afrika qitəsi ətrafında ən azı 10 gün daha çox vaxt aparan və daşıma xərclərinə milyonlarla dollar əlavə edən dövrəli marşrutla getmək olar.
Yeri gəlmişkən, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bazar ertəsi İsrailə səfər edib. O bildirib ki, ABŞ İsrailə, o cümlədən naviqasiya təhlükəsizliyinin təmin edilməsində dəstək vermək niyyətindədir. Çərşənbə axşamı region ölkələrinin müdafiə nazirləri ilə keçiriləcək virtual danışıqlar bu məsələyə həsr olunmalıdır.
Bazar ertəsi Ostin və onun israilli həmkarı Yoav Qallant yalnız ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu elan edilən Fələstinin HƏMAS qrupuna qarşı İsrailin müharibəsi və Qəzza zolağında mülki əhalinin təhlükəsizliyi məsələlərini müzakirə ediblər(?).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB