...Deməli, bazar ertəsi Rusiya prezidenti Vladimir Putin bütövlükdə Rusiya vətəndaşlarının çətinliklə dolandıqlarını etiraf etsə də, lakin bu çətinliklərin lazım olduğunu da bildirib.
Onun dediyinə görə, çünki bu çətinliklər insanı “dırmanmağa” və sahib olduqlarını qiymətləndirməyə məcbur edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Putin Ümumrusiya Peşəkarlar Çempionatının qalibləri və mentorları ilə görüşdə, “rusların böyük əksəriyyətinin hələ də maaşdan maaşa yaşadıqlarını” deyib.
Bununla yanaşı, Putin Rusiyada çox sayda zəngin insanların da olduğunu bildirib.
...Və onların bir çoxu, Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, süni şəkildə övladlarına çətinlik yaradır. “Niyə? Çünki insanın heç olmasa özü harasa dırmaşması lazımdır. Əgər hər şey manna kimi göydən düşsə, heç nəyə dəyər verilməz”.
TASS bunu Putindən sitat gətirir.
Bu arada Rosstatın məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında rusların real istifadədə olan pul gəlirləri 4,8 faiz artıb ki, bu da müharibənin birinci ilində rəsmi statistikanın 1 faizi olaraq qiymətləndirdiyi azalmanı tam kompensasiya edib.
Yanvar-avqust aylarında real əmək haqqının artımı 7,5 faiz, mayda isə 2008-ci ildən rekord həddə - 13,3 faiz təşkil edib.
Rosstat-a görə, üçüncü rübdə Rusiya vətəndaşları, ayda 49,467 rublla yaşayıblar. Əmək qabiliyyətli əhalinin gəlirləri isə keçən illə müqayisədə 9 min rubldan çox və ya 15,1 faizə çartaraq aylıq 69,439 rubla çatıb.
Rəsmi statistikaya görə, varlanmayan vətəndaşların yeganə kateqoriyası pensiyaçılardır. Belə ki, orta pensiyanın 6 faiz artaraq 19.576 rubla çatmasına baxmayaraq, bütün artım inflyasiya tərəfindən yeyilir.
...Sentyabr ayına kimi real ifadədə pensiyaların artım tempi sıfıra bərabər olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB