Co Baydenin kortejində qəza baş verib

Co Baydenin kortejində qəza baş verib

ABŞ-nin Uilminqton şəhərində naməlum sürücünün idarə etdiyi avtomobil Co Baydenin kortejinə çırpılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Co Baydenin bu şəhərdəki seçki qərargahından çıxdığı an baş verib.

Co Bayden hadisənin şəxsən şahidi olub və təəccübünü də gizlətməyib.

Mühafizəçilər ABŞ prezidentini dərhal avtomobilə əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə