Tramp Baydeni ABŞ demokratiyası üçün təhlükə adlandırıb

Tramp Baydeni ABŞ demokratiyası üçün təhlükə adlandırıb

ABŞ prezidenti Co Bayden siyasi rəqiblərini məhkəmədə mühakimə etməklə demokratiya üçün təhlükə yaradır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri ABŞ-ın keçmiş lideri Donald Tramp çıxışında Rusiya prezidenti Vladimir Putindən sitat gətirərək bildirib.

... Bayden administrasiyası qələbə naminə ABŞ Konstitusiyasını pozmağa blə hazırdırlar. Cozef Bayden demokratiya üçün təhlükədir.

Tramp bunu Nyu-Hempşirdə seçicilərlə görüşündə deyib.

O, həmçinin Putinin sözlərindən sitat gətirib ki, Birləşmiş Ştatlarda baş verənlər “başqalarına demokratiya öyrədirmiş kimi görünə bilməyən Amerika siyasi sisteminin bütün çürüklüyünü göstərir”.

Bir müddət əvvəl Rusiya prezidenti Şərq İqtisadi Forumunun plenar iclasında bildirib ki, yenidən seçilmək istəyən Trampın təqibi “Amerika siyasi sisteminin çürüklüyünü” nümayiş etdirir və ədalətsiz siyasi rəqabət təşkil edir.

Putinin sözlərinə görə, “Trampla bağlı baş verən hər şey siyasi rəqibin siyasi səbəblərə görə təqibidir”.

Yeri gəlmişkən, 2017-2021-ci illərdə ABŞ prezidenti olmuş Tramp bir sıra cinayətlərdə ittiham olunur. Etiraf etmək lazıdır ki, bir çox ittihamlara görə siyasətçi uzunmüddətli həbs cəzası gözləyir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə