Pentaqon husilərə zərbə endirməyi düşünür

Pentaqon husilərə zərbə endirməyi düşünür

ABŞ ordusu Yəməndə husi üsyançılarının hərbi obyektlərinə zərbə endirmək imkanlarını öyrənir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, bu, Qırmızı dənizdə gəmilərə qarşı artan hücumlara cavab olacaq.

Ağ Ev dəfələrlə bəyan edib ki, bu prioritet zərbələr deyil, İsrailin HƏMAS qruplaşmasını Qəzza zolağından sıxışdırıb çıxarmaq kampaniyasına dəstəkdir.

Vaşinqton husilərin İsrail və ABŞ-a zərər vermək üçün qlobal dəniz ticarətini pozmağa çalışmasından narahatlığını ifadə edib.

Dekabrın 15-də husilər Qırmızı dənizdə iki konteyner gəmisinə hücum ediblər. Liberiya bayrağı altında üzən “MSC Palatium III” konteyner gəmisi raketlə vurulduqdan sonra alovlanıb. Liberiya bayrağı altında üzən “Al Jasrah” konteyner gəmisi də əvvəllər oxşar raketlə vurulmuşdu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə