Gürcüstan və ABŞ ekstradisiya sənədini paraflayıb

Gürcüstan və ABŞ ekstradisiya sənədini paraflayıb

...Bunu ədliyyə naziri Rati Breqadze və respublikanın baş prokuroru İrakli Şotadze ABŞ-a rəsmi səfəri çərçivəsində ilkin yekunlaşdırıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Amerika tərəfdən sənədi baş prokurorun müavini və beynəlxalq əlaqələr üzrə katib Brüs Şvarts imzalayıb.

Bu barədə Gürcüstan prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Tbilisi və Vaşinqton bu ilin yanvarında ekstradisiya sazişi üzrə danışıqlara başlayıb.

TASS xəbər verir ki, tərəflər bəyan ediblər ki, sənəd hüquq-mühafizə orqanlarının əməkdaşlarına cinayətkarlıqla mübarizədə səmərəliliyi və effektivliyi artırmağa imkan verəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə