Sevastopolda, dəniz üzərində PUA vurulub

Sevastopolda, dəniz üzərində PUA vurulub

Rusiyanın hava hücumundan müdafiə sistemləri Sevastopolda dəniz üzərində “işləyib”,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayət qubernatoru Mixail Razvojayev bildirib.

İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemi bir pilotsuz uçan aparatı məhv edib. Merin sözlərinə görə, insident nəticəsində heç bir infrastruktura ziyan dəyməyib.

Bundan əvvəl Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Ukrayna pilotsuz təyyarələrinin yığılması və təmiri sexlərinin məhv edildiyi barədə məlumat yayıb.

Zərbələrin əməliyyat-taktiki aviasiya, pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriya tərəfindən həyata keçirildiyi deyilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə