Putinin ordusunu sarsıdan Z-kanallarında yeni qalmaqal yayılır. Ukrayna müharibəsində həlak olan oğlunun cəsədinin evakuasiya zamanı necə itdiyindən bütün ölkəyə şikayət edən Yelena Nikitoçkinanın videosu internetdə yayımlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, indi nə meyit var, nə də ona ödəniləcək təzminat.
Meyitin müəmmalı şəkildə yoxa çıxması yalnız qardaşının onu evakuasiya maşınına gətirməsindən sonra üzə çıxıb. Belə ki, meyiti aparan avtomobil Rostov-na-Donu meyitxanasına getməli imiş, lakin naməlum səbəbdən təyinat yerinə çatmayıb.
... Nikitoçkin qardaşları təxminən bir ay Liman istiqamətindəki meşə zolağında olublar. Mayın 12-də hücuma keçən zaman qardaşlardan biri öldürülüb.
Mayın 30-da qardaşı şəxsən onu qrupla təxliyə edərək, meyitini döyüş mövqeyindən Rostova aparılıb. Amma sonradan meyitin hara aparıldığı məlum deyil.
...Bütün orqanlarla əlaqə saxlasaq da, heç bir nəticəsi olmadı. Şikayətçi olan rus qadının sözlərinə görə, oğulları Rusiya Federasiyasının işğalçı ordusunun “Storm Z” qrupunun üzvləri olub.
Çağırılanlar praktiki olaraq döyüşə hazır deyildilər, Amma Müdafiə Nazirliyi ilə müqavilə bağladıqdan dərhal sonra onları cəbhə xəttinə göndəriblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB