Deputat iclas zamanı qumbara partlatdı

Deputat iclas zamanı qumbara partlatdı

Ukraynanın Zakarpatiya oblastında kənd sovetinin iclasında yerli deputatlardan biri partlayış törədib. SİA xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

Son məlumatlara görə, 26 nəfər xəsarət alıb, onlardan 6-nın vəziyyəti ağırdır. Qeyd olunub ki, partlayış törədən şəxs hələ də sağdır. O, həkimlər tərəfindən həyata qaytarılır.

Bütün xəbərlər Facebook səhifəmizdə