Konqres 2028-ci ildən Rusiya uranının idxalını qadağan edən qanunu qəbul edərsə, Rusiya ABŞ-a uran tədarükünü qabaqlayıcı şəkildə dayandıra bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Rusiya tərəfi hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib.
Onu da qeyd edək ki, dekabrın 12-də ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya Federasiyasından uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.
Yeri gəlmişkən, burada söhbət Rusiya Federasiyasında və ya bu ölkədə qeydiyyatdan keçmiş müəssisələrdən birinin istehsal etdiyi aşağı zənginləşdirilmiş uranın idxalını məhdudlaşdıran qanun layihəsindən gedir.
...Təşəbbüs ABŞ-ın energetika nazirinə Dövlət Katibi və Ticarət Departamentinin rəhbəri ilə məsləhətləşərək, uran tədarükü üçün başqa mənbələr olmadıqda yəni Rusiya yanacağının idxalı mümkün olmadığı təqdirdə bu qadağanı ləğv etməyə icazə verir.
...Və bu qadağanın 2040-cı ilə qədər qüvvədə qalacağı deyilir.
Sonda bildirək ki, 2023-cü ilin oktyabrında ABŞ Rusiyadan uran alışını üç dəfə artırmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB