Orban Ukraynaya büdcə yardımına veto qoyduğunu açıqlayıb

Orban Ukraynaya büdcə yardımına veto qoyduğunu açıqlayıb

Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramına dair qərara veto qoyub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Avropa Ittifaqının Brüsseldə keçirilən sammitinin birinci gününün yekunlarından sonra bildirib.

“...Gecə növbəsinin nəticəsi: Ukrayna üçün əlavə pula veto, çoxillik büdcəyə yenidən baxılmasına veto. Müvafiq hazırlıqdan sonra gələn il Avropa Ittifaqı sammitində bu məsələyə qayıdacağıq”.

Qeyd edək ki, Orban bunu sosial şəbəkədə yazıb.

Bu arada Niderlandın baş naziri Mark Rutte də öz növbəsində gələn il Avropa Ittifaqı ölkələrinin Ukraynaya yardımla bağlı razılığa gələ biləcəklərinə əmin olduğunu bildirib.

...Biz intensiv şəkildə danışdıq və belə qənaətə gəldik ki, ən yaxşısı bu məsələyə bir az da vaxt verməkdir. Mən, həqiqətən də, gələn il hər şeyin yoluna düşəcəyinə inanıram.

Yeri gəlmişkən, 2027-ci ilin sonuna qədər Ukraynaya 50 milyard avro məbləğində yardım proqramı, Avropa Komissiyası Kiyevə 33 milyard avronu kredit, 17 milyard avronu isə “qrant şəklində”, yəni pulsuz vəd edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə