Litva hərbi qulluqçuları milli təhlükəsizliyə təhlükə yaradan ölkələrə səfər edə bilməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, BNS xəbər verir ki, bu qərarı Litva Seymi qəbul edib.
Bunu nəzərdə tutan düzəlişlərin lehinə 78 deputat səs verib, əleyhinə və bitərəf qalan olmayıb.
Qanuna dəyişikliklər Litvanın Milli Müdafiə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib. Təsdiq edilmiş layihəyə əsasən, hökumət əsgərlərin girişinin qadağan olunacağı əraziləri təsdiq edəcək.
Bundan əvvəl Litvanın Müdafiə Nazirliyi belə ölkələrin siyahısını hazırlamışdı: onun tərkibinə Rusiya və onun işğal etdiyi Krım, Belarusiya, həmçinin Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, o cümlədən Dnestryanı, Tacikistan, Türkmənistan, Özbəkistan və Gürcüstan daxildir ( Abxaziya və Cənubi Osetiya daxil olmaqla).
Eyni zamanda, peşəkar hərbi xidmət keçən hərbi qulluqçular Xarici İşlər Nazirliyinin vətəndaşlara getməməyi tövsiyə etdiyi və ya Xarici İşlər Nazirliyinin dərhal tərk etməyi tövsiyə etdiyi xarici ölkələrə və ya onların ərazilərinə də gedə bilməyəcəklər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB