Türkiyədə növbəti “Narkogüc” əməliyyatı keçirilib

Türkiyədə növbəti “Narkogüc” əməliyyatı keçirilib

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

“Narkogüc-39” kod adı altında ölkənin 49 vilayətində eyni vaxtda keçirilən əməliyyat nəticəsində 3 ton 275 kiloqram narkotik vasitə müsadirə edilib. Ümumilikdə 651 heyət olmaqla, təhlükəsizlik qüvvələrinin 1422 əməkdaşının iştirak etdiyi əməliyyatın gedişində 378 nəfər şübhəli şəxs saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə