Zelenski Ukraynanın 2024-cü il üçün planlarını açıqlayıb...

Zelenski Ukraynanın 2024-cü il üçün planlarını açıqlayıb...

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın 2024-cü il üçün planlarını açıqlayıb. Onun sözlərinə görə, Kiyev Ukrayna səmasında hökmranlığı bərpa etmək niyyətindədir. Qeyd edək ki, bu hədəfin təfərrüatlarını dəqiqləşdirməsə də, Zelenski Ukraynanın gələn il üçün dəqiq hədəfinin olduğunu vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bunu ABŞ prezidenti Cozef Baydenlə birgə mətbuat konfransı zamanı deyib.

Quruda və dənizdə güclü olduqlarını deyən Ukrayna prezidenti, səmadakı döyüşdə də qalib olmaq niyyətini gizlətməyib.

O, Rusiyanın hava üstünlüyünü darmadağın etmək istəyini də gizlətməyib.

...Səmaya nəzarət edən müharibənin müddətini idarə edir. Biz isə 2024-cü ildə bu mövqeləri gücləndirəcəyik.

Bunu deyən Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Cozef Baydenlə gələn il üçün Ukrayna və ABŞ arasında əməkdaşlığı gücləndirmək planını müzakirə etdiyini də qeyd edib.

... Prezident Bayden və mən gələn il ərzində əlaqəmizi necə artıracağımızı müzakirə etdik. İlk növbədə, bu, hava hücumundan müdafiə, Ukrayna torpaqlarında Rusiya logistika zəncirlərinin məhv edilməsidir. “Dəstək və köməyə görə Birləşmiş Ştatlara təşəkkür edirəm”, - deyən dövlət başçısı qeyd edib ki, ABŞ-a səfəri zamanı o, Amerikanın müdafiə şirkətlərinin nümayəndələri ilə görüşüb və onlar Ukrayna hərbi sənayesinin səmərəliliyini eləcə də sürətinin artırılmasına dair məsləhətləri bölüşüblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə