Rusiyanın neft şirkətlərinə köhnəlmiş tankerlər belə satılmayacaq!
...Avropa İttifaqının Rusiyaya qarşı on ikinci sanksiyalar paketi yaxın vaxtlarda qəbul oluna bilər. Buraya Rusiyanın almaz ixracını məhdudlaşdırmaq və neftin qiymətinin tavanını gücləndirmək tədbirləri daxildir. Yeni sanksiya tədbirlərinin yalnız bir bəndi razılaşdırılmamış qalıb.
SİA “Reuters”dən əldə olunan materiala istinadən xəbər verir ki, söhbət köhnəlmiş tankerlərin Rusiya neft şirkətlərinə satılmasından gedir.
Avropa Komissiyası Rusiyanın neft biznesinə nəzarəti gücləndirmək üçün bu cür əməliyyatların qadağan edilməsini təklif edib.
Rusiyanın köhnəlmiş tankerlərdən istifadə etməsi Moskvaya neft ixrac etməyə imkan verdi, eyni zamanda nəzarət mexanizmlərindən yayındı və bununla da qiymət tavanını pozdu.
Böyük gəmiçilik şirkətlərinin yerləşdiyi Aralıq dənizi ölkələri sanksiyaların onların rəqabət qabiliyyətliliyinə xələl gətirəcəyindən qorxurlar. Bu məsələni müzakirə etdikdən sonra kompromis həll yolu tapıldı: köhnə tankeri Rusiyaya satmaq qərarına gələn şirkətlər bu cür əməliyyatlar barədə nəzarət orqanlarına məlumat verməli olacaqlar.
Avropa İttifaqının Rusiya rejiminə qarşı sanksiyalarının yeni mərhələsi qaynaq maşınlarının, kimyəvi maddələrin, müdafiə texnologiyalarının və proqram təminatının lisenziyalaşdırılmasının ixracına təsir göstərə bilər.
Bu arada “Kommersant” yazır ki, 2024-cü il yanvarın 1-dən Rusiya brilyantlarının və onlardan hazırlanmış zinət əşyalarının ixracına qadağa qoyulması planlaşdırılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB