“Vaqner” PMC-nin veteranları indi ruslara qarşı döyüşəcəklər...

“Rusiya Könüllülər Korpusu”na yeni könüllü döyüşçülər qoşulub

Ukraynadakı “Rusiya Könüllülər Korpusu” sıralarına yeni könüllü döyüşçülər qoşulub.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, korpusa yeni qoşulanlar arasında vaxtilə “Vaqner” PMC sıralarında döyüşən hərbi kampaniyasının veteranları da var.

“Rusiya Könüllülər Korpusu”nun yeni könüllüləri Ukraynaya gəliblər! Mən bir daha əmin oldum ki, bizim mübarizəmiz bir çox rusların ağlında və ürəyində öz əksini tapıb və “Rusiya Könüllülər Korpusu”nun sıraları öz vətənlərinin ən qətiyyətli və cəsur oğulları ilə tamamlanmaqda davam edir.

Qeyd edək ki, bunu “Rusiya Könüllülər Korpusu”nun komandiri Denis Nikitin Telegram-da bildirib. Qeyd bedək ki, Nikitin daha çox “White Rex” təxəllüsü ilə də tanınır.

Nikitinin sözlərinə görə, Ukraynada könüllülərə təkcə “gənc yoxlanılmamış döyüşçülər” deyil, həm də peşəkarlar – “Vaqner” PMC-nin veteranları qoşulub.

Qeyd olunur ki, onlar Ukrayna və Rusiya xalqlarının düşməni olan Rusiyadakı “terror maşını” ilə döyüşməyə gəliblər.

Nikitin bildirib ki, uşaqların gələcəyi üçün şiddətli mübarizə dövrü qarşıdadır, ona görə də döyüşçülər hər gün hazırlaşır.

Qeyd etdiyimiz kimi, Ukraynanın tərəfində Rusiya Federasiyasının pasportu olan könüllülər döyüşürlər. Bu gün Rusiyadakı rejiminə qarşı çıxan könüllülər Rusiya ərazisinə dəfələrlə basqınlar həyata keçiriblər. Belə ki, noyabrın 10-da Rusiya Federasiyasının Bryansk vilayətində rus sərhədçiləri olan avtomobilə atəş açıldığı məlumdur.

Qeyd edək ki,həmən vaxt hücum nəticəsində Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı məhv edilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə