Danimarka Quranın yandırılmasını qadağan edib

Danimarka Quranın yandırılmasını qadağan edib

Danimarka Parlamenti bir saatlıq müzakirədən sonra müqəddəs kitablarla düzgün işlənilməməyi qadağan edən qanunu qəbul etdi, 94 parlamentari onu təsdiqlədi, 77 deputat əleyhinə çıxdı.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC yerli KİV-ə istinadən xəbər verir.

Qanun həmçinin Qurani-Kərimin və dini icmalar üçün əhəmiyyət kəsb edən digər kitabların yandırılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur - iki ilədək həbs!

Qeyd edək ki, qanun layihəsi ilk dəfə avqust ayında təqdim edilib. Danimarkanın ədliyyə naziri Peter Hummelqaard təşəbbüsü təqdim edərək, Quranın yandırılmasını “lağedici və xoşagəlməz hərəkət” adlandırıb.

Bu, Danimarka və Danimarkanın maraqlarına və bütün dünyada danimarkalıların təhlükəsizliyinə zərər vurur. Ona görə də hökumət məhdud və dəqiq hüquqi müdaxilə istəyir.

“Yanlış rəftar” dedikdə müqəddəs kitabı yandırmaq, üzərinə maye tökmək, üzərinə basmaq, təpikləmək, cırmaq, kəsmək və ya bıçaqla deşməklə məhv etmək daxildir...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə