Türkiyənin Ərzurum şəhərində Sedat Emrem adlı bir müəllim 2018-ci ildə şəhid Əhməd Akdağ adına məktəbdə türk dili müəllimi olaraq işə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, məktəb kitabxanalarının kitaba ehtiyacı olduğunu görüb "Kitabxanasız məktəb qalmasın" layihəsini başladıb.
Sosial media da daxil olmaqla nəşriyyatlardan da dəstək istəyən müəllimin çağırışı qısa müddətdə qarşılıq tapıb. Bu günə qədər 134 kitabxana qurub, 579 məktəbə 150 mindən çox kitab çatdırıb.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB