...2023-cü il ərzində Rusiya bir dəfə də olsun hərbi qələbə qazana bilməyib.
Hazırda Müdafiə Qüvvələri Ukrayna torpaqlarını işğalçılardan azad etmək üçün yeni addımlar hazırlayırlar. Bununla bağlı dövlətin artıq fəaliyyət planı var.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski G7 liderlərinin onlayn sammitinin iştirakçılarına müraciətində deyib.
Ukrayna liderinin sözlərinə görə, Putin yeni prezidentlik müddətinə seçilməklə saxtakarlıq etmək niyyətindədir və rusların müharibənin nəticələrindən artan narazılığını sakitləşdirmək üçün o, cəbhədə təzyiqləri xeyli artırıb.
...Putin bu il bir dənə də olsun hərbi əməliyyatı qazana bilməyib. Biz bir neçə cəbhə xəttində mühüm körpü başlıqlarını saxlayırıq, növbəti addımlara hazırlaşırıq. Uzun mənzilli silahlar isə bizə bu işdə kömək edir.
Bunu bildirən Zelenski əmin edib ki, Ukraynanın “real fəaliyyət strategiyası” var və Qərb tərəfdaşlarının dəstəyi ilə Ukraynanın səyləri yerlərdə Müdafiə Qüvvələrinin uğurunu təmin etməyə qadirdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə