Ukrayna Milli Qvardiyasının əsgərləri Xerson istiqamətində Rusiyanın “Vityaz” zenit-raket kompleksini məhv ediblər. SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna əsgərlərinin uğurlu hücumunun videosunu NSU komandiri Aleksandr Pivnenko sosial şəbəkədəki səhifəsində dərc edib.
Deyilənlərə görə,“Vityaz” hava hücumundan müdafiə sistemi Rusiyanın ən son qısa və orta mənzilli zenit-raket kompleksidir. Bu kompleks təyyarələrdən, ballistik raketlərdən, dronlardan və dəqiq hücumlardan nöqtə müdafiəsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Vityaz” hava hücumundan müdafiə sistemi 2020-ci ildə Rusiya Silahlı Qüvvələrində “xidmətə başlayıb”. Onu da qeyd edək ki, kompleksin təkcə ixrac üçün başlatma qurğusunun qiyməti 135 milyon dollardır.
Yeri gəlmişkən, bu, indiyədək məhv edilmiş ən bahalı FPV-dir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB