Bahama adalarına bal ayına gedən amerikalı cütlük bədbəxt hadisənin qurbanı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük sörfinq zamanı köpək balığının hücumuna məruz qalıb. Yırtıcı qadını ərinin gözləri qarşısında parçalayıb. Ağır xəsarətlər alan Lauren Erickson hadisə nəticəsində həyatını itirib. Əraziyə xilasedici qüvvələr və təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumata görə, Amerikalı 44 yaşlı Lauren Erickson Van Vart ilə ötən gün evlənibmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB