Türkiyənin Balıkəsir şəhərinin Dursunbəy rayonunda şənlik mərasimində baş verən silahlı insident zamanı bir neçə nəfər yaralanıb. Bu barədə SİA yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, şübhəli şəxs M.Y.K. düşmənçilik etdiyi ailənin olduğu yerə doğru atəş açıb. Bundan sonra digər şübhəli E.K. da mərasim iştirakçılarına tüfəngdən atəş açıb.
Hadisə nəticəsində 9 nəfər yaralanıb. Yaralılar Dursunbəy Dövlət Xəstəxanasına aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri saxlanılıb. Hazırda digər şübhə şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB