Rusiya altı uşağı Ukraynadan olan qohumlarına təhvil verib
Rusiyada qohumlarının yanında olan (?) altı ukraynalı uşaq bu gün Ukraynadan olan qohumlarına təhvil verilib.
SİA bunu Uşaq Hüquqları üzrə Müvəkkil Mariya-Lvova Belovanın mətbuat xidmətinə istinadən xəbər verir.
Deyilənlərə görə, Qətərin Moskvadakı səfirliyində baş tutan görüşdə uşaqların anaları və Rusiyaya gələ bilməyən qohumlarının etibarlı nümayəndələri iştirak ediblər.
Ombudsman Aparatı bildirib ki, üç uşaq Donetsk Xalq Respublikasından, biri Luqansk Xalq Respublikasından, o biriləri isə Xerson və Zaporojye vilayətlərindəndirlər.
Yeri gəlmişkən adı açıqlanmayan Qətər rəsmisi “Reuters” agentliyinə Qətərin vasitəçiliyi ilə altı uşağın Rusiyadan Ukraynaya qaytarıldığını təsdiqləyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB