Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraildə baş nazir Binyamin Netanyahu hökumətinin bütün bölgənin təhlükəsizliyini təhlükə altına atdığını bəyan edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Qətərdə keçirilən 44-cü Körfəz Əməkdaşlıq Şurasının Zirvə Toplantısında iştirak və çıxış edən R.T.Ərdoğan Türkiyənin beynəlxalq investorlar üçün etibarlı sığınacaq statusunu qoruduğunu vurğulayaraq “Türkiyə iqtisadiyyatına güvənən qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq” deyib.
İsrail-Həmas münaqişəsinə də toxunan Türkiyə prezidenti bunları söyləyib: “Bizim prioritetimiz Qəzzada dərhal daimi atəşkəs elan etmək və humanitar yardımın fasiləsiz axınını təmin etməkdir.
Netanyahu administrasiyası siyasi ömrünü uzatmaq üçün bütün regionumuzun təhlükəsizliyini və gələcəyini təhlükə altına qoyur. Çoxu uşaq və qadın olan 17 min günahsız fələstinlinin həyatını itirməsi insanlığa qarşı cinayətdir, müharibə cinayətidir. İsrail hökuməti bu cinayətlərdən yaxa qurtarmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB