...Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondu – UNİCEF-in sözçüsü Ceyms Elder deyib: "Qəzzanın cənubundakı hücumlar şimaldakı hücumlar qədər şiddətlidir. "Uşaqlara qarşı müharibə"ni dayandıra biləcəyimizə inanmalıyıq. Səssizlik günah şəriklikdir".
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “X” sosial media platformasında İsrailin intensiv hücumlar etdiyi Qəzzada vəziyyətlə bağlı paylaşım edən C.Elder yazıb: “Bölgədə uşaq və qadınların vəziyyəti getdikcə pisləşir. Qəzzanın cənubundakı hücumlar şimaldakı hücumlar qədər şiddətlidir. Uşaqlara qarşı müharibə"ni dayandıra biləcəyimizə inanmalıyıq. Səssizlik günaha şəriklikdir”.
BMT Uşaq Fondunun (UNİCEF) sözçüsü Ceyms Elder paylaşımında yayımladığı səs yazısında Qəzzanın cənubunda güclü bombardmanlara diqqət çəkərək “Qəzzanın cənubundakı 1,8 milyon insan haqqında düşünməkdən vaz keçə bilmirəm” deyib.
Xatırladaq ki, “Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam birləşmələri oktyabrın 7-də səhər saatlarında İsrailin Fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Əqsaya qarşı davamlı pozuntularına cavab verdiyini əsas gətirərək hərtərəfli hücuma keçib. İsrail ordusu da Qəzza zolağına intensiv hava bombardmanlarına başlayıb. O gündən İsrailin Qəzzaya hücumlarında həlak olan fələstinlilərin sayı 6 mindən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla 15 min 523-ə yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB