Tanzaniyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 63-ə çatıb

Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 63 nəfər ölüb, 116 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Biz 23 kişi və 40 qadın daxil olmaqla 63 nəfər itirmişik”, – agentlik Afrika ölkəsinin Baş naziri Kasim Macalivadan sitat gətirib.

AFP-nin dekabrın 3-də verdiyi məlumata görə, təbii fəlakətdə 47 nəfər ölüb, 85 nəfər yaralanıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

Dekabrın 2-də Tanzaniyanın şimalına yağan güclü yağışlar bölgədəki evləri və infrastrukturu məhv edən çoxsaylı sürüşmələrə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə