"İsrail HƏMAS-ı məğlub etmək hüququna malik olmalıdır"

Almaniya kansleri Olaf Şolz bir daha İsraillə həmrəy olduğunu bildirərək, yəhudi dövlətinin Fələstinin radikal HƏMAS hərəkatı ilə qarşıdurmada qələbə qazanmaq hüququna malik olduğunu deyib.

SİA-nın əldə etdiyi məlumata görə. kansler hökumətlərarası məsləhətləşmələrdən sonra Berlində Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə keçirdiyi mətbuat konfransında danışıb.

Şolz qeyd edib ki, Almaniyanın fikri “İsrailin HƏMAS-ı məğlub etmək və həmçinin terror fəaliyyətinin davam etməsinin qarşısını almaq hüququna malik olmalıdır”.
Müharibədən sonra, o, “vəziyyəti iki dövlət düsturuna uyğun həll etmək imkanı” olduğunu söyləyib.

...Bu, əlbəttə ki, İsrailə hücum etmək və 10 milyon israillinin öz dövlətlərində yaşamasını qadağan etmək istəyən Həmasla işləməyəcək”.

Şolz bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə