İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider oldu

Türkiyənin İstanbul Hava Limanı 13-19 noyabr tarixləri arasında gündə orta hesabla həyata keçirilən 1297 uçuşla Avropanın ən işlək hava limanı oldu.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 13-19 noyabr tarixlərixlərinə dair yayımladığı hesabatda bildirilib.
Yeni növ koronavirus (Covid-19) epidemiyasının başladığı 2019-cu ildən əvvəl uçuşların sayında dəyişikliklərin də yer aldığı hesabata görə, İstanbul Hava Limanı gündəlik uçuşların sayını 12 faiz artıran Avropanın yeganə hava limanı olub.
Hesabata görə, İstanbul Hava Limanı 13-19 noyabr tarixləri arasında gündə orta hesabla 1297 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
Qeyd edək ki, ikinci pillədə gündə orta hesabla 1254 uçuşla Londondakı Hitrou, üçüncü pillədə isə 1227 uçuşla Amsterdamdakı Schiphol hava limanı qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə