“Instagram” iyun ayı ərzində ABŞ-da istifadəyə verdiyi Reels video yükləmə yeniliyini bütün istifadəçilərə eşitdirdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, artıq Reels videolarını fərqli vasitəçi proqram olmadan da birbaşa telefonunuza yükləyə biləcəksiniz. Meta iyun ayında ABŞ-dakı istifadəçilərin istifadəsinə verilmiş Reels endirmə özəlliyini bütün istifadəçilərin işlədə bilməsi üçün genişləndirdiyini bildirmişdi. Bu xəbər ilə bərabər TikTok-da oxşar özəllik artıq Instagramdakı videoların mobil telefonunuza daha rahat endirilməsinə kömək edəcək. İstehsalçılar Reels videolarının yüklənməsinə icazə verdiyi müddətdə istifadəçilər videoları birbaşa endirə biləcək. Ancaq endirilən Reels videolarının üzərində hansı istifadəçinin olduğu göstərilən Instagram nişanı olacaq. Reels videolarını yükləmək üçün "Paylaş" menyusu içərisində yerləşən yeni "Yüklə" seçimi var. Bu yeniliklə birlikdə hamıya açıq paylaşılan və video sahibinin icazə verdiyi Reels videolarını mobil cihazınıza yükləyə biləcəksiniz.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB