İqtisadi böhran: Gənclər yoxsulluq içindədir

İqtisadi böhran: Gənclər yoxsulluq içindədir

Türkiyə statistika qurumunun 2022-ci ildə nəşr etdiyi məlumatlara görə, Türkiyədə 15-24 yaş qrupuna aid 13 milyon gənc yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu gənclər yataqxanalarda, evlərində sığınacaq və qidalanma problemləri yaşayırlar.

Aylıq 1250 türk lirəsi dəyərində təhsil təqaüdü ilə keçinməyə çalışan gənclər gündəlik ehtiyaclarını ödəməkdə belə çətinlik çəkirlər. Məzun olduqdan sonra da gələcək qayğısı ilə üzbəüz qalırlar. İqtisadi problemlərlə yanaşı psixoloji problemlər də yaşayan gənclərin həyatı gündən-günə çətinləşir. Gənclərin yaşadığı psixoloji böhranlar və sıxıntılar valideynlərə də təsir göstərir. Cəmiyyət Könüllüləri Fondu gənclərin yaşadığı problemlərə diqqət çəkmək üçün etdiyi "Türkiyə Gənclik Araşdırmaları"nın nəticələrini paylaşdı. Z nəsli ilə 16 ildə edilən araşdırmanın nəticələri gənclərin yaşadığı problemləri göz önünə gətirir. Araşdırmaya görə gənclərin yüzdə 62-si təhsilini bitirdikdən sonra iqtisadi problemlər yaşayır, yüzdə 31-i isə universitet təhsilinə davam edə bilmir. Yüzdə 79-u telefon və internet ehtiyaclarını, yüzdə 43-ü nəqliyyat xərclərini, yüzdə 38-i mənzil xərclərini, yüzdə 56-sı qidalanma ehtiyaclarını belə ödəməkdə çətinlik çəkirlər.

Tələbələr yalnız maddi deyil, sosial cəhətdən də çətinliklər yaşayırlar. İqtisadi böhranın yaratdığı dərin yoxsulluq gənclərin sosial fəaliyyətlərə də qatılmasına mane olur. Bütün gənclərin yüzdə 33-ü sosial fəaliyyətlərə qoşula bilmir, yüzdə 72-si yaşayışından məmnun deyil. Yüzdə 24-ü işsizkən, yüzdə 41-i isə öz işini qurmağı planlayır. Yüzdə 63-ü imkanı olsa, fərqli ölkədə yaşamaq istəyir. İstanbul Planlama Agentliyi 2023 noyabr məlumatları əsasında təşkil etdiyi "Universitet tələbələrinin yaşayış dəyərinin araşdırılması" ilə İstanbulda yaşayan bir universitet tələbəsinin aylıq və illik yaşayış ödəmələrini hesablayıb. Nəticədə, 2022-2023-cü təhsil ilində bir tələbənin yaşayış xərci aylıq 5 min127 lirə və illik 61 min 518 lirə olub. Bu il isə yüzdə 184 min 46 artımla 14 min 583 lirə, illik 174 min 993 lirə hesablanıb. Ən çox xərc yüzdə 315 lirə aylıq market xərcləri olub. İstanbulda KYK yataqxanasında qalan bir tələbənin xərcləri isə illik və aylıq yüzdə 89,53 miqdarında artıb.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə