Hazırkı prezident Cozef Bayden hər hansı bir səbəbdənsə 2024-cü ildə seçki kampaniyasını dayandırarsa, bu halda ABŞ Demokratik Partiyasının ehtiyat planı yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” nəşri məlumat yayıb.
Məsələ bundadır ki, reytinqlərin düşməsinə və yaşı ilə bağlı suallara baxmayaraq, Bayden ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməyi planlaşdırır. Qeyd edək ki, ABŞ-ın hazırkı lideri bu niyyətini aprel ayında açıqladıqdan sonra onun ciddi rəqibi olmayıb.
Baydenin tərəfdarları onun prezident kimi fəaliyyətinə istinad edərək, Demokrat Partiyasının 2024-cü ildə Respublikaçı namizəd Donald Trampı məğlub etmək üçün ehtiyat plana ehtiyacı olmadığını iddia edirlər.
81 yaşlı prezident namizədliyini irəli sürməmək qərarına gəlsə, demokratlar partiya qaydalarına uyğun olaraq avqustda və ya daha sonra keçiriləcək qurultaylarında başqa bir namizəd seçə bilərlər.
Amma bu, namizədlərin bir-biri ilə mübarizə aparmağa vaxt və pul xərclədiyi döyüşdə demokratları respublikaçılara qarşı qoyan partiyadaxili müharibəyə səbəb ola bilər.
Bunu da “Reuters” yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB