Rostov vilayətindəki poliqonda təsadüfi partlayış nəticəsində Primorsk diyarından olan 12 dəniz piyadası həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “161.ru” hüquq-mühafizə orqanları, ordu və istintaq orqanlarındakı mənbələrə istinadən yayıb.
Beləliklə, noyabrın 3-də Rostov-na-Donu yaxınlığındakı Kuzminski hərbi poliqonunda RPG-7 qumbaraatanlarından birinin partlaması baş verib.
Ertəsi gün poliqonda olan hərbçilərdən biri bu barədə “161.ru”-ya danışsa da, sonra redaktorlar onun sözlərini dərhal yoxlaya bilməyiblər. Məlumat yalnız noyabrın sonunda təsdiqlənib.
...Dəniz piyadaları briqadasından təxminən 20 nəfər nahar fasiləsi zamanı sursat bloklarının yanında od yandırıb. RPG-7 qumbaraatan mərmisi yanğının içinə yuvarlanıb və partlayıb. Bunu deyən hərbminin sözlərinə görə, 8 nəfər hadisə yerində ölüb, daha səkkiz nəfər yaralanıb.
Ağır yaralanan 4 əsgər bir neçə gün ərzində xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra Sakit Okean Donanmasının komandiri admiral Viktor Liina hadisə yerinə baş çəkib.
Digər redaksiya mənbəsi isə bildirib ki, 12 müqaviləli əsgərin ölüm faktı İstintaq Komitəsinin baş hərbi istintaq idarəsi tərəfindən araşdırılır. Müstəntiqlər hesab edirlər ki, ilkin səbəb təhlükəsizlik qaydalarına riayət edilməməsi olub.
Qeyd edək ki, Müdafiə Nazirliyi hadisə ilə bağlı heç bir şərh verməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB