...Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin 211 milyard avro dəyərində gəlir vergisinin tətbiqi ilə bağlı qanunvericilik təşəbbüsü təqdim etməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” təşkilatdakı mənbəyə istinadən xəbər verir.
Təklifin bu il dekabrın 12-də açıqlanması planlaşdırılır. Agentliyin məlumatına görə, yığılan vergilər Ukraynanın bərpasına sərf olunacaq. Avropa Komissiyasının nümayəndəsi onu da qeyd edib ki, bu təklif Avropa İttifaqına üzv ölkələrdə vergitutmanı pozmayacaq.
Qeyd edək ki, bəzi Avropa İttifaqı ölkələri bu təşəbbüslə bağlı narahatlıqlarını ifadə ediblər. Belə ki, Belçika, Almaniya, Fransa, İtaliya və Lüksemburq daha mərhələli yanaşmaya çağırır və qanunvericilikdə tələskənlikdən narahatlıq ifadə rdirlər.
Onlar rəsmi təklifin vaxtından əvvəl olduğunu nəzərə alaraq, daha az rəsmi sənədlə başlamağı təklif etdilər.
Onu da qeyd edək ki, dekabrın 6-da bu məsələ ilə bağlı Avropa Komissiyasının müxtəlif Avropa İttifaqı ölkələrinin ekspertləri ilə görüşü nəzərdə tutulub.
Komissiyanın planı dekabrın 12-də təsdiqlənərsə, Avropa İttifaqı liderləri bu ayın sonunda Brüsseldə keçiriləcək sammitdə buna baxacaqlar.
Agentliyin məlumatına görə, bloklanmış Rusiya aktivlərinin 200 milyard avrodan çoxu Avropa İttifaqı, əsasən də Euroclear beynəlxalq depozitari ilə Belçikada yerləşir.
Oktyabr ayında məlum oldu ki, Rusiyanın Eurocleardakı aktivləri dondurulduğu andan 2023-cü ilin üçüncü rübünə qədər demək olar ki, 3 milyard avro gəlir gətirib.
Oktyabr ayında Belçika Rusiya aktivlərindən əldə edilən gəlir vergilərindən istifadə etməklə Ukrayna üçün 1,7 milyard avroluq fond yaratdığını elan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB