Rus qadınları doğmursa, deməli, günahkar memlərdir..?

Rus qadınları doğmursa, deməli, günahkar memlərdir..?

...İnternetdəki memlar və məzəli şəkillər “uşaqsız” və “uşağa nifrət” ideoloqları üçün yeniyetmələrə təsir vasitəsi kimi xidmət edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Dövlət Dumasının deputatı Elvira Aitkulova bildirib.

O, “Moskva danışır” radiostansiyasında bildirib ki, bu cür materiallar Rusiya sosial şəbəkələrində fəal şəkildə yayılır və ictimai rəyi formalaşdırır.

Deputatın sözlərinə görə, belə memlərin yayılması məqsədli şəkildə baş verir.

“ ...Gənclərlə danışanda, onlar: yaxşı, bəli, bunun nəyi pisdir? Ailəsiz də yaşaya bilərsən, uşaqsız da yaşaya bilərsən. Bununla bağlı heç bir problem görmürük. Bu, kortəbii şəkildə yaranan, kiminsə “uşaqsız yaxşı yaşayaq” yazmaq istədiyi hekayə deyil, bəzi təcrid olunmuş hekayələrdir” bunu deyən Aitkulovayan görə, əslində, bu, LGBT kimi, bilərəkdən təbliğ edilən hekayələrdir.

Saytların qarasınca deyinən deputatın fikrincə, memlar və “məzəli şəkillər” gənc nəslin ailə dəyərlərinə baxışını formalaşdırmaq üçün alətə çevrilir.

Xatırladaq ki, Elvira Aitkulova daha əvvəl “uşaqsız ideologiya”nın təbliğatını qadağan edən qanunun Rusiya regionlarının əksəriyyəti tərəfindən dəstəkləndiyini bildirmişdi. Başqırdıstandan olan deputatlar tərəfindən hazırlanmış təklif olunan qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayanlar arasında uşaq sahibi olmaqdan imtinanı təbliğ edən məlumatların yayılmasının qadağan edilməsi təklif edilir.

Yeri gəlmişkən, bundan əvvəl Dövlət Dumasının Ailənin müdafiəsi, atalıq, analıq və uşaqlıq məsələləri üzrə komitəsinin sədr müavini Vitali Milonov psixoloqları və keşişləri uşaq sahibi olmaq istəməyən cütlüklərə kömək etməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə