Rus millətçisi Dmitri Demuşkin Gürcüstana buraxılmayıb

Rus millətçisi Dmitri Demuşkin Gürcüstana buraxılmayıb

Bu gün rus millətçisi, “Slavyan İttifaqı”, “Slavyan Gücü” və “Ruslar” hərəkatlarının keçmiş lideri, hazırda Rusiyada ekstremist kimi tanınan Dmitri Demuşkin Gürcüstana buraxılmayıb.

Demuşkinin özü Telegram kanalında yazıb ki, o, “təyyarədən enən kimi Tbilisi hava limanında polis tərəfindən saxlanılıb”.

...Mən iş üzrə uçurdum, biletlər, otellər qaydasındadır, saxlanma səbəbini rusca izah etməkdən imtina edirlər. Gürcüstan qonaqpərvər ölkə deyil. Gəlin bunu anlayaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu Demuşkinin mesajından sitatdır.

Onun haradan və hansı məqsədlə uçduğu məlum deyil. Gürcüstan Daxili İşlər Nazirliyi saxlanılması ilə bağlı məlumatı təkzib edib və bildirib ki, Demuşkinə yalnız ölkəyə girişə icazə verilməyib. İmtina səbəbləri isə açıqlanmır.

Qeyd edək ki, Dmitri Demuşkin millətçi baxışlara sadiqdir və rus milli dövlətinin yaradılmasının tərəfdarıdır. O, həmçinin Mərkəzi Asiya ölkələri ilə viza rejiminin tətbiqinin tərəfdarı olub.

Yeri gəlmişkən, o, rusların, ukraynalıların və belarusların bir xalq olduğuna inanır. O, Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib, çünki onun fikrincə, bu, ukraynalılar arasında yalnız anti-Rusiya əhval-ruhiyyəsini gücləndirəcək,

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə