Amerika hakimiyyəti qadağan olunmuş məhsulları Rusiyaya yönləndirən, həmçinin Fələstinin HƏMAS hərəkatına maliyyə axınını məhdudlaşdırmayan Türkiyəyə təzyiqləri artırır.
ABŞ Maliyyə Nazirliyinin maliyyə kəşfiyyatı və terrorla mübarizə üzrə müşaviri Brayan Nelson Türkiyə rəsmilərinə xəbərdarlıq edib ki, bu mövqedən çıxış edərək Ankara guya iki bölgədə yanan yanğına yağ qatır(?).
SİA-nın əldə etdiyi məlumata görə, bu il Nelson, “Rusiyanın Ukraynadakı müharibəsinə töhfə verən ticarət və maliyyə fəaliyyətlərinin araşdırılması və qarşısının alınması səylərini” müzakirə etməyi planlaşdıraraq ikinci dəfə Türkiyəyə səfər edib.
Yerli rəsmilərlə görüşlər arasında fasilə zamanı Nelson Türkiyə üzərindən Rusiyaya ikili təyinatlı malların tədarükü ilə bağlı bunları deyib: “Bütün bunları kəsmək üçün əlimizdən gələni etməyə qərarlıyıq və bunu Türkiyə ilə ortaq şəkildə etmək istəyirik, lakin özümüz də hərəkətə keçməyə hazırıq.
Qeyd edək ki, Birləşmiş Ştatlar mülki məhsullarla yanaşı, silah istehsalında istifadə oluna bilən 45 “yüksək prioritet” məhsulun, o cümlədən mikroçiplər, rabitə vasitələri və s.-nin siyahısını tərtib edib.
Onu da qeyd edək ki, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Yaponiya bu cür malların qanadlı raketlərdə, pilotsuz təyyarələrdə, helikopterlərdə və s. istehsalında istifadə edən Rusiyaya ixracına qadağa qoyub.
Amma bu ilin yanvar-sentyabr aylarında Türkiyə bu siyahıdan Rusiya və belə əməliyyatlarda vasitəçi sayılan 5 MDB ölkəsinə 158 milyon dollarlıq mal göndərib.
“Financial Times”ın hesablamaları göstərir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə və belə tədarüklərin cəmi 28 milyon dollar təşkil etdiyi 2015-2021-ci illərdəki orta göstəricidən 5,6 dəfə çoxdur.
...Sanksiyaya məruz qalan Rusiya yük gəmilərinə Türkiyə limanlarında xidmət göstərilib.
HƏMAS-a gəlincə, Ankara Vaşinqtondan fərqli olaraq onu terror təşkilatı kimi tanımır və hərəkata münasibətində siyasi və hərbi hissələri arasında xətt çəkir. Birləşmiş Ştatlar HƏMAS-ın maliyyələşdirilməsi ilə təxminən on ildir ki, sanksiyalarla mübarizə aparsa da, Türkiyə bu qrupla əlaqəli şirkətlərin öz ərazisində fəaliyyət göstərməsinə mane olmur...: ...Həmasın gələcək hücumlarının Türkiyədə həyata keçirilən pul yığımı ilə əlaqəli olması çox pis olardı.
Nelson bildirib bunu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB