Qazaxıstan NATO ölkələrindən hərbi təyyarələr alacaq

Qazaxıstan NATO ölkələrindən hərbi təyyarələr alacaq

Qazaxıstan NATO ölkələrindən hərbi nəqliyyat təyyarələri alacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Orda” yazır.

Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanının müavini Erjan Nildibayev sövdələşmə barədə danışıb.

Beləliklə, Çexiyadan L-410 yüngül hərbi nəqliyyat təyyarələri dekabrın əvvəlində gətirilməlidir. Bundan əlavə, 2024-cü ildə İspaniyadan A-400 ağır hərbi-nəqliyyat təyyarəsinin alınması planlaşdırılır.

Yerjan Nildibayevin dediyinə görə, “Rafale” qırıcılarını almaqdan imtina etmək qərara alınıb.

Onun dediyinə görə təyyarələr yaxşı olsa da, amma fransızlar onu baha satırlar.

Ona görə də qazaxlar qiymət-keyfiyyət məsələsini seçərkən Su-30SM təyyarəsi üzərində dayanıblar.

İlin sonuna qədər Qazaxıstan hərbçiləri Rusiyanın 4 Su-30SM qırıcısını almalıdırlar. 2024-cü ildə eyni modeldən daha altı təyyarənin təhvil verilməsi planlaşdırılır.

Yeri gəlmişkən, bundan əvvəl Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana hərbi texnikanın tədarükü ilə bağlı məlumatı təkzib edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə