“Vaşinqtonun öyrətdiklərini Saakaşvili itaətkarlıqla həyata keçirdi...”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı 2008-ci il hadisələrinə toxunub.
...ATƏT-in iştirakçısı olan eyni NATO dövlətləri 2008-ci ildə alyansın Buxarest sammitində Tbilisi və Kiyevi üzvlüyə cəlb etmişdilər. Məqsəd sadə və iddiasız idi - onları Rusiyaya qarşı qoymaq. Qərbin dəstəklədiyi “Qızılgül inqilabı” nəticəsində hakimiyyətə gələn Saakaşvili Buxarestdə ona verilən kart-blanşı dərhal yerinə yetirdi. Belə ki, həmin 2008-ci ilin avqustunda o Cənubi Osetiya şəhərlərinin bombalanması və ATƏT-in razılığı ilə orada olan sülhməramlıların mövqelərinə hücum edilməsi əmri verdi. Bu təxribatı Gürcüstanda “Qatar və silahla” proqramına start verən ABŞ hazırlamışdı. Vaşinqtonun öyrətdiklərini Saakaşvili itaətkarlıqla həyata keçirdi.
SİA-nın əldə etdiyi məlumata görə, bunu deyən Lavrov əlavə edib ki, “Ukraynada anti-Rusiya körpüsü yaratmaq üçün daha çox şey lazımdır”.
Qeyd edək ki, Lavrov çıxışından az sonra zalı tərk edib və iclas iştirakçılarının qalan hissəsini dinləməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB